Digər
Satınalmalar üzrə mütəxəssis
Təsvir:
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək;
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili;
- Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq;
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək;
- Görülən işlərin təhvil təslim aktının hazırlanması;
- Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək;
- Alışların ümumi məlumatlar bazasına işlənməsi;
- Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması;
- Sifariş sorğuları üzrə bazar araşdırmasının aparılması, təchizatçıların seçilməsi, qiymətləndirilməsi və müvafiq bazaya daxil etmək;
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
- Tədarük zənciri üzrə sənəd dövriyyəsinin düzgün və operativ təşkili.
Tələblər:
- Təhsil – Ali ( İnzibati idarəetmə, İqtisadiyyat, Təchizat zənciri)
- Təcrübə: 1-3 il (Müvafiq sahədə minimum 1 il)
- Dil bilikləri: Azərbaycan dili (ana dil), Rus dili (səlis), İngilis dili (üstünlükdür)
- İT üzrə biliklər: MS office proqramlarında işləyə bilməli
Sosial imtiyazlar:
- Ödənişsiz nahar
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
- Təlim dəstəyi
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Performansdan aslı olaraq bonuslar