Komputerləşmə və İKT
IT Layihələr üzrə Baş mütəxəssis
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (Paşa Sığorta);
- Peşəkar komanda ilə işləmək fürsəti;
İşin təsifatı:
- Layihənin düzgün idarə olunmasını təmin etmək üçün daxili resursları və üçüncü tərəflər/təchizatçılar ilə əlaqələndirir;
- Bütün layihələrin vaxtında, iş həcmi və büdcə çərçivəsində təhvil verilməsini təmin edir;
- Bütün marağı olan tərəfləri cəlb etməklə layihənin əhatə bitmə tarixinə (dead-line) texniki mümkünlüyünü təmin edir;
- Tələb olunduğu halda Standartlar çərçivəsində Layihə tapşırığı və Texniki tapşırıqlar hazırlayır;
- Kompleks dizayn sənədlərinin hazırlayır;
- Progresi izləmək üçün ətraflı layihə planı hazırlayır;
- Resursların mövcudluğunu və layihələr üzrə düzgün bölüşdürülməsini təmin edir;
- Layihənin çərçivəsində, xərclər üzrə dəyişiklikləri idarə etmək üçün müvafiq yoxlama metodlarından istifadə edir;
- Müvafiq sistemlər, alətlər və texniki imkanlardan istifadə edərək layihə performansının ölçür;
- Mütəmadı olaraq layihələr üzrə bir başa rəhbərinə hesabat verir;
- Müştəri və bütün marağı olan tərəflərlə münasibətləri idarə edir;
- Layihə risklərini minimuma endirmək üçün tədbirləri görür və ya eskalasiya edir;
- Layihənin idarə olunması zamanı daxili və xarici resursları (3-cü tərəfləri) cəlb edərək ezamiyyə planlayır;
- Layihə üçün tələb olunan bütün mal/material və işçilik üzrə sorğuların və sifarişlərin düzgün və vaxtında yaradılmasını həmçinin, alışı üçün lazımi dəstəyi göstərir;
- Tələb olunduğu halda sifarişçi üçün lazımi hesabatları təqdim edir;
- IT Layihəri üzrə Baş Mütəxəssis yuxarıda qeyd olunan məqamları tam məsuliyyətlə icra edir;
Namizədə aid tələblər:
- İT və ya Zəif axın (CCTV, TV, AV sistemləri və s.) sektorunda layihələr üzrə ən azı 3 il təcrübə;
- Ali təhsil - kompüter elmləri və ya mühəndislik üzrə;
- Zəif axın və Strukturlaşmış Kabel Sistemləri üzrə (SCS) sertifikatlarının olmasına üstünlük verilir;
- PMP / PRINCE II / Agile sertifikatlarının olmasına üstünlük verilir;
- Resource, Risk, Time və Task Management üzrə sertifikatların olması na üstünlük verilir;
- Yazı və şifahi ünsiyyət bacarıqları, analitik düşüncə tərzi, münaqişələri həll etmək və idarə etmək bacarığı.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində ”İT Layihələr üzrə Baş mütəxəssis”qeyd etməklə e-mail ünvanına göndərəsiniz.