Komputerləşmə və İKT
IT üzrə mütəxəssis (Helpdesk)
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (Paşa Sığorta);
- Push30 tətbiqindən istifadə imkanı;
- Peşəkar komanda ilə işləmək fürsəti.
İşin təsifatı:
- İT ilə bağlı sorğuların qəbulu və həlli;
- Kompüter, printer, skaner, telefon və digər avadanlıqlarla bağlı problemlərin aradan qaldırılması;
- Proqram təminatı və əməliyyat sistemlərinin sazlanması və yenilənməsi;
- Ofis proqramları və digər tətbiqlər üzrə istifadəçilərə dəstək göstərmək;
- Yeni istifadəçilər üçün kompüter və digər İT avadanlıqların hazırlanması;
- Şəbəkə bağlantıları və internet problemlərinin həlli;
- İT infrastrukturu üzrə kiçik texniki problemlərin həlli və eskalasiya edilməsi;
- Daxil olan müraciətlərin Helpdesk sistemi vasitəsilə qeydiyyata alınması və izlənməsi;
- İstifadəçilərlə effektiv ünsiyyət qurmaq və problemləri izah etmək;
- Müraciətlərin həlli müddətinin və keyfiyyətinin izlənməsi;
- Korporativ İT təhlükəsizlik qaydalarına əməl edilməsi və istifadəçilərə məlumat verilməsi;
- Məlumatların ehtiyat nüsxələrinin yoxlanılması və bərpasına dəstək.
Namizədə aid tələblər:
- Ali təhsil (informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə)
- İT dəstək və ya oxşar vəzifədə 1-2 il iş təcrübəsi.
- Windows və MacOS əməliyyat sistemləri üzrə biliklər.
- Microsoft Office proqramları və digər ofis tətbiqləri ilə işləmək bacarığı;
- Şəbəkə və internet problemlərinin həlli üzrə biliklər (TCP/IP, LAN, WAN və s.);
- Daxili sistemlər və avadanlıqlar üzrə texniki biliklər;
- Problemləri həll etmə bacarığı və analitik düşüncə;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Müştəriyönümlü yanaşma;
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində ”IT üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz