Otel, İaşə, Turizm
Rezervasiya üzrə agent
Ünvan: Kövkəb xanım Səfərəliyeva küçəsi, 5
Müvafiq bölmə: Satış və Marketinq department/ Rezervasiya və Gəlirlərin idarəolunması şöbəsi
İş qrafiki: Növbəli iş qrafiki, həftədə 2 gün istirahət
Vəzifə öhdəlikləri:
- Qonaqların rezervasiya sorğularını telefon, e-mail, rezervasiya kanalları vasitəsilə qəbul etmək.
- Rezervasiya zamanı qonaqlara otelin əsas və əlavə xidmətlər,imkanları barədə məlumatlar dolğun və aktual məlumatlar vermək.
- Rezervasiya məlumatlarını düzgün şəkildə “Hotel PMS” (Property Management System) sisteminə qeyd etmək.
- Qonaqların məlumatlarının, otaq seçimlərinin, qonaqların xüsusi tələbləri və digər məlumatları daxili kanallar və system vasitəsi ilə zəruri şöbələrə çatdırılmasını təmin etmək.
- Rezervasiyaları otel fəaliyyətinə və doluluğa uyğun təsdiq etmək və zəruri hallarda dəyişikliklər və ləğv prosedurlarını icra etmək.
- Rezervasiyalarla bağlı qonaqların şikayət və problemlərini gecikmədən, nəzakətli və peşəkar şəkildə həll etmək.
Namizədə dair tələblər:
- Azərbaycan və İngilis dillərində səlis şifa və yazılı ünsiyyətin qurulması və aparılması;
- Qonaqpərvərlik sənayesində rəsmi iş və könüllülük fəaliyyətinin olması arzuolunandır;
- Ofis proqramlarında sərbəst işləmə bacarığı olmalıdır;
- OPERA PMS üzərində işləmə bacarığının olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət bacarığı.
Şirkət tərəfindən təminatlar:
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə görə rəsmiləşdirmə;
- Qidalanmanın şirkət tərəfindən qarşılanması;
- Peşə və digər biliklərin artırılması üçün təlim proqramları.
Uyğun namizədlər öz “CV/Resume”-lərini mövzu hissədə “Rezervasiya üzrə agent” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.