Otel, İaşə, Turizm

Holiday Inn Baku

SPA Mərkəzində qeydiyyatçı

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-11-24

İş yeri: Holiday Inn Baku Hotel

Müvafiq bölmə: Mehmanxananın SPA Mərkəzi

İş qrafiki: Növbəli iş qrafiki, həftədə 2 gün istirahət

Vəzifə öhdəlikləri:

  • Mehmanxananın SPA Mərkəzinə gələn qonaqların və abonentlərin qeydiyyatını  aparmaq;
  • Qonaq məlumatlarının  mərkəzləşdirilmiş sistemə daxil edilməsi;
  • Qonaqlara mehmanxana xidmətləri haqqında məlumat vermək;
  • Qonaqların suallarının cavablandırılması;
  • Qeydiyyat prosesini asanlaşdırmaq üçün müştəri məlumatlarını dəqiq və vaxtında yeniləmək;
  • Xidmət keyfiyyətinin yüksək səviyyədə təşkil olunmasını təmin etmək üçün mehmanxananın digər şöbələri ilə sıx əlaqədə olmaq.

Namizədə dair tələblər:

  • Xarici dil biliklərinin ünsiyyət səviyyəsində olması (İngilis və Rus dilləri).
  • Yüksək səviyyədə ünsiyyət bacarığı.
  • Kompüter proqramlarından istifadə bacarığı.

Şirkət tərəfindən təminatlar:

  • Azərbaycan Respublikası Əmək qanunvericiliyinə görə rəsmiləşdirmə;
  • Qidalanmanın şirkət tərəfindən qarşılanması;
  • Peşə və digər biliklərin artırılması üçün təlim proqramları.

Uyğun namizədlər öz  “CV/Resume”-lərini  mövzu hissədə “SPA Mərkəzində qeydiyyatçı” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.