İnzibati, Biznes və İdarəetmə

Səhiyyə iqtisadiyyatı aparıcı məsləhətçi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-12-05

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (iqtisadiyyat sahələri üzrə);
  • İqtisadi, analitik, modelləşdirmə, tibbi istiqamətdə minimum 3 il iş təcrübəsi;
  • Microsoft ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Təşəbbüskar, aktiv, komandada işləmək və vaxtın idarə olunması bacarığı;
  • İnduktiv və analitik təhlil bacarığı;
  • Konfliktlərin idarəedilməsi və problemləri həll etmə bacarığı;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yaxşı səviyyədə ingilis dili biliyi. 

Görəcəyiniz işlər: 

  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;        
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;                                                                                
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
  • Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
  • Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
  • Əsas fəaliyyət göstəricilərinin hesablanması və təhlili;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.                                                                                                                                                                                    

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Begoc biznes mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 04.12.2024-cü il;
  • CV-lər elektron poçt ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.