SMM meneceri
Tələblər:
- Verilən tapşırıqları vaxtında icra etmək bacarığı;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək. İngilis dili biliyi üstünlükdür;
- SMM üzrə ən azı 2 illik təcrübə.
Vəzifə öhdəlikləri:
- Səhifələr üçün inkişaf strategiyasını hazırlanması;
- Həftəlik və aylıq post və story planın hazırlanması;
- Sosial media səhifələrinin inkişafı və ümumilikdə brendin tanınması üzrə fəaliyyətlərin icrası, səhifə abunəçilərinin və aktivlik sayının artırılması üzrə işlərin aparılması;
- Dizayner üçün tapşırıqların hazırlanması;
- Brendin inkişafı üçün planlama prosesində iştirak etmək;
- Görülmüş işlərin effektivliyini təhlil etmək;
- Sosial şəbəkələrin inkişafı üzrə nəticələrə dair hesabatların hazırlanması.
İş qrafiki: 5 gün, 09:00-18:00
Əmək haqqı: Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlərdən mövzu sətrində “SMM meneceri” qeyd etməklə e-mail ünvanına CV və portfoliolarını göndərmələri tələb olunur. Portfoliosuz CV-lərə baxılmayacaq.