İşə qəbul üzrə aparıcı mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-29
Ümumi məlumat:
İşçi tələbinin effektiv şəkildə yerinə yetirmək, hər rol üçün ən uyğun daxili və xarici namizədləri seçmək.
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesi üçün prosedurların hazırlanması, potensial istedad profillərinin müəyyənləşdirilməsi;
- Hər rol üçün əsas kompetensiyaların, iş təsvirlərinin və profillərin analizi;
- Daxili və xarici aktiv və səmərəli işə qəbul kanallarının təşkil edilməsi və saxlanılması, şirkətin əmək tələblərinə cavab verən namizəd hovuzunun yaradılması;
- Namizədələrin profillərinin yaradılması;
- Xüsusi iş imkanları üçün namizədlərin müəyyənləşdirilməsi və onların ilkin seçimi üçün testlər və müsahibələrin keçirilməsi;
- İşə qəbul prosesi boyunca namizədlərə dəstək və rəhbərlik;
- Şirkət daxilində işçinin keçid prosesi və təyin edilən vəzifə/rol dəyişiklikləri zamanı dəstək;
- Yeni işçilər haqqında müvafiq departamentlərin məlumatlandırılması;
- Yeni/keçirilən/təqdim olunan işçi üçün uyğun iş şəraitinin hazırlanması;
- Namizədlərin qiymətləndirmə prosesinin dəstəklənməsi və iş mövqeyi və ya performansa əsaslanan təlim ehtiyaclarının qiymətləndirilməsi;
- Təlim idarəetməsi məqsədi üçün İşçi Dəyər Təklifi təqdim edilməsi;
- İşçi bazarının analizi (boşluqların müəyyənləşdirilməsi).
Tələblər:
- İnsan resursları, Psixologiya, İdarəetmə və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. (Neft və qaz sahəsində təcrübə üstünlükdür);
- Güclü müsahibə bacarıqları, hesabatların hazırlanması, aidiyyati funksiya rəhbərləri ilə (stakeholder) münasibətlərin qurulması;
- Təyin edilmiş KPİ-lar və hədəflərə fokuslanmaq;
- Prosesin təkmilləşdirilməsi və optimizasiyası.
Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.