Komputerləşmə və İKT

İcbari Sığorta Bürosu

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis (İT və İnformasiya təhlükəsizliyi üzrə)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-03-01

Öhdəliklər:

  • İT və İnformasiya riskləri üzrə Risk çərçivəsinin və metodologiyanın qurulmasında iştirak
  • İT və İnformasiya təhlükəsizliyi üzrə proseslərinin risk metodologiyasına əsasən qiymətləndirilməsi
  • Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin icrası üzrə uyğusuzluqların və risklərin müəyyənləşdirilməsi
  • Büronun IT sistemləri və infrastrukturu, informasiya təhlükəsizliyi üzrə risklərin təyin edilməsi 
  • IT və informasiya təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi və nəzarət sistemlərinin effektivliyinin yoxlanılması
  • IT layihələrin (ERP, core banking, digital platformalar və s.) üzrə risklərin müəyyənləşdirilməsi və izlənilməsi
  • SWIFT, ISO 27001, COBIT, NIST kimi çərçivə və standartlara əsaslanaraq monitorinqlərin aparılması, uyğunsuzluqların müəyyən edilməsi 
  • Təhlükəsizlik hadisələri, backup, BCP/DRP, endpoint və şəbəkə qorunması, bulud texnologiyaları və s. üzrə nəzarətlərin qiymətləndirilməsi
  • İT və İnformasiya Təhlükəsizliyi insidentlərinin izlənilməsi, onların qəbulu və qiymətləndirilməsi
  • Audit tapıntıların izlənilməsi və düzəliş planlarının yerinə yetirilməsinə nəzarət
  • Risk Hesabatlarının hazırlanması
  • Risk reyestrinin idarə edilməsi
  • İT və İnformasiya təhlükəsziliyi proseslərindəki nəzarət boşluqlarının müəyyənləşdirilməsi və nəzarət effektivliyinin qiymətləndirilməsi
  • Vəzifə ilə bağlı rəhbərdən gələn digər tapşırılar

Tələblər;

  • Ali təhsil (İT, informasiya təhlükəsizliyi, informasiya sistemləri və ya oxşar sahə üzrə)
  • Minimum 3-5 il IT audit və ya IT risk,informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi
  • COBIT, ISO 27001, ITIL, NIST və digər çərçivələr üzrə biliklər
  • Linux komandaları, log analizləri və şəbəkə anlayışları üzrə texniki bilik
  • Yazılı və şifahi ünsiyyət bacarıqları, analitik düşüncə, detallara diqqət
  • Komanda ilə işləmək bacarığı və yüksək etik dəyərlər
  • Azərbaycan və ingilis dillərində işgüzar ünsiyyət bacarığı
  • CISA, CISSP, CRISC, CEH, ISO/IEC 27001 və ya digər müvafiq sertifikatlara sahib olanlar

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.