Digər

Kontakt Home

Daxili kommunikasiyalar və işçi bağlılığı üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-07-22

Vəzifə öhdəlikləri:

  • Şirkətdaxili strateji kommunikasiya planlarının qurulmasına dəstək;
  • Sorğuların nəticələrinə əsasən tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
  • Yeni qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin həyata keçirilməsinə dəstək göstərilməsi;
  • İşçi bağlılığının artırılması istiqamətində təkliflərin hazırlanması;
  • Tədbirlərin təşkilində iştirak edilməsi;
  • İşəgötürən brendinin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (Sosial elmlər üzrə olması arzuolunandır)
  • Müvafiq sahədə 2-3 il təcrübə
  • Yüksək səviyyədə azərbaycan dili bilikləri (şifahi və yazılı), yaxşı səviyyədə rus və ingilis dili biliyi;
  • Yüksək səviyyədə kommunikasiya qurmaq bacarıqları;
  • Təşkilatçılıq və idarəetmə bacarıqları;
  • Qeyri iş saatlarında tədbirlərin təşkil edilməsi və Regionlara səfər etmə imkanı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.