Komputerləşmə və İKT

Kontakt Home

İnformasiya və Kommunikasiya texnologiyaları departamentinin Direktoru

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-04-14

Vəzifə öhdəlikləri:

  • Departament hədəflərinə çatmaq üçün proqram təminatının, şəbəkə sistemlərinin, proqramlaşdırma əməliyyatlarının strategiyasının formalaşdırılması;
  • Baş ofis və mağazalar arasında informasiya axını sisteminin düzgün qurulmasını və sabit işinin təşkili;
  • Yerləşdirmə, monitorinq, texniki xidmətin aktiv şəkildə idarə edilməsi. Serverlər, kompüterlər, əməliyyat sistemləri, proqram təminatı daxil olmaqla bütün İT sistemlərinin inkişafı, təkmilləşdirilməsi və dəstəklənməsinin təmin edilməsi;
  • Şirkətin sabit IT infrastrukturunun, korporativ təhlükəsizlik standartlarının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Aparat və proqram təminatı xərclərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Server avadanlığının idarə olunması, lazımi halda yenilənməsi;
  • İT layihələri çərçivəsində əsaslı nəticələr çıxararaq, aydın, yığcam yazılı hesabatlar hazırlaması və effektiv şifahi təqdimatların edilməsi;
  • Departament daxilində heyətin planlaşdırılması, təşkili, istiqamətləndirilməsi və idarə edilməsi;
  • İT üçün strateji istiqamətin və məqsədlərin müəyyən edilməsi.

Tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları/Riyaziyyat üzrə təhsil üstünlükdür);
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Müvafiq sahədə rəhbər olaraq minimum 3 illik iş təcrübəsi;
  • Proqramlaşdırma dilləri və texnologiyaları üzrə bilik və təcrübə arzu olunandır;
  • Mükəmməl səviyyədə liderlik, ünsiyyət və layihə idarəetmə bacarıqları;
  • Çarpaz funksional komandaları effektiv idarə etmək bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.