İnzibati, Biznes və İdarəetmə

Kontakt Home

İstehsal vəsaitlərinin keyfiyyəti üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-05-26

Vəzifə öhdəlikləri:

  • Mağaza daxili reklam yerləşim planına əsasən hazırlanan dizaynların istehsal edilməsi və təhvil alınması;
  • Açılışdan öncə mağazanın fasad ölçülərinin alınması, reklamının uyğun ölçülərnən istehsala göndərilməsi;
  • Çap olunacaq reklam formalarının istehsaldan öncə materialların həcmi, sayı və montaj olunacaq yerlərin təyin olunması;
  • Mağazaların daxilində və fasadında mövcud olan reklam qurğularında yaranan nasazlıqların aradan qaldırılmasının həyata keçirilməsi;
  • Yenilənən məhsullara görə vitrinlərin başlıq dizaynlarını hazırlatdırıb çap və montaj olunmasını həyata keçirmək;
  • Mağazalarda yerləşdirilən brend markalara aid stendlər üçün reklam xarakterli materialalrın ölçülərə əsasən hazırlanması, istehsal və montaj üçün tədarükçülərə yönləndirilməsi;
  • Yük və minik avtomobillərində reklam vinillərinin yenilənməsi. Yenilənən dizayn formalarına əsasən reklam icazələrinin alınmasını təmin etmək.

Tələblər:

  • Poliqrafiya, promo və reklam məhsullarının hazırlanması sahəsində minimum 2 il iş təcrübəsi;
  • CorelDRAW və Adobe Photoshop proqramlarında işləmə bacarığı;
  • Mətbəə və digər prodakşn şirkətlərində təcrübə;
  • Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;
  • Detallara qarşı diqqətlilik.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.