IT Analitik (WEB Platformaları üzrə)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-11
Vəzifə öhdəlikləri:
- Magento 2 platforması üzərində internet mağazaların inkişaf etdirilməsi və texniki dəstək xidmətinin göstərilməsi;
- İnternet mağazaların müxtəlif ERP platformaları ilə inteqrasiya edilməsi;
- CDP, Elektron ödəniş sistemləri, banklar və marketinq platformaları kimi üçüncü tərəf platformaları ilə inteqrasiya sistemlərinin qurulması;
- Proqramçılara texniki tapşırıqların ötürülməsi;
- Texniki tələblərin hazırlanması (UML, inteqrasiya interfeysləri);
- İstifadəçi problemlərinin təhlili və həll edilməsi;
- İcra olunmuş sorğuların son istifadəçi testlərinin aparılması;
- Texniki sənədlərin tərtib edilməsi.
Tələblər:
- Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
- Azərbaycan və rus dillərində səlis danışmaq və yazmaq bacarığı, ingilis dili biliyi üstünlükdür;
- Analitik düşünmə bacarığı, detallara və nəticəyə yönümlülük;
- İT analitika, WEB proqramlaşdırma və ya İT layihə meneceri kimi sahələrdə ən azı 3 illik iş təcrübəsi;
- Agile/Scrum ilə iş təcrübəsi;
- Jira, Bitbucket/Git, Confluence ilə işləmək bacarığı;
- HTML və CSS kodunu anlamalı, sintaksis səhvlərini aradan qaldıra bilməli;
- XML və API REST (JSON) strukturunu anlamalı və inteqrasiya API-lərini hazırlaya bilməli;
- MySQL üzrə iş təcrübəsi: sorğular yaza bilməli, məlumatları eksport/İmport edə bilməli;
- *.nix ilə iş təcrübəsi, əsas komandaları anlamalıdır;
- Azure, Kubernetes, Docker-in nə olduğunu anlamalı və cloud texnologiyaları üzərində qurulmuş infrastrukturla işləmək bacarığına sahib olmalıdır;
- Layihələrdə DevOps, proqramçı və QA kimi işçi qruplarını idarə edə bilməlidir;
- Texniki tapşırıqların hazırlanması və sənədləşmə təcrübəsi olmalıdır;
- Magento 2, Varnish, Redis, Cloudflare kimi biliklər arzuolunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/m0m9djdkzm
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.