Maliyyə xidmətləri

Kontakt Home

Maliyyə üzrə təcrübə proqramı

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-10-07

Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə "Kontakt"ın "Təcrübə Proqramı"na müraciət et.

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2022-2023-ci illərin məzunlarını, Maliyyə sahəsi üzrə təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar.

Təcrübə proqramı sizə nə qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq;
  • Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
  • Öz sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı.

Vəzifə öhdəlikləri:

  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi və yoxlanılması;
  • Mühasibatlıq sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada arxivləşdirilməsi;
  • Baş mühasib tərəfindən təyin edilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat Uçotu və Audit yaxud digər oxşar ixtisaslar);
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Analitik düşünmə bacarığı, riyazi biliklər və məntiqi təfəkkür;
  • Sərbəst ünsiyyətqurma və səlis danışıq qabiliyyəti; 
  • Özünü inkişafa meyilli, təşəbbüskar, punktual və nizam-intizamlı.

İş şəraiti:

  • İş vaxtı: 09:00-13:00 / 14:00-18:00 (yarım ştat);
  • İş günləri: I-V günlər;
  • Əmək haqqı : 200 AZN (2 ay).

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.