QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis)
Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. Kontakt Home hazırda nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!
Vəzifə öhdəlikləri:
- Test planlarının, test keyslərin və test ssenarilərinin hazırlanması;
- Test nəticələrinin sənədləşdirilməsi və analiz edilməsi;
- Yeni və mövcud məhsullar üçün test proseslərinin hazırlanıb tətbiq edilməsi;
- Avtomatlaşdırılmış test skriptlərin hazırlaması və nəticələri analiz edilməsi;
- Qüsurların (defektlərin) aşkar edilməsi və aydın formada şərh edilməsi;
- Ödənişlərdə yaranan problemlərin analiz edilməsi proaktiv tədbirlərin təklif edilməsi;
- Ödəniş qurğularının iş prinsipini bilmək və yarana biləcək problemlərin aşkarlanması;
- Desktop və Web tətbiqlərinin (Java, C#, JavaScript, PHP) avtomatlaşdırlmış testinin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsinin olması;
- Detallara və nəticəyə yönümlülük;
- Komandada işləmək və ünsiyyət bacarıqları;
- QA Manual və QA Automation sahəsi üzrə dərin biliklərin olması;
- Proqram Təminatlarının analizində alqoritmik düşünmə qabiliyyəti;
- Selenium WebDriver üzrə biliklər;
- Postman, REST üzrə biliklər;
- JİRA, Git və s. müvafiq sistemlərdə işləmə təcrübəsi;
- Texniki sənədlərin tərtib edilməsi bacarığı;
- VB ilə (Oracle, MS SQL, MySql və s.) iş təcrübəsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/m0z6b5kmhk
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.