Sistem üzrə mühəndis
Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır.
15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik.
Kontakt Home hazırda 34 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.
Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!
Vəzifə öhdəlikləri:
- IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətinin təşkil və təmin edilməsi
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasının təmin edilməsi, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflərin hazırlanılması;
- Şirkətin sabit IT sisteminin işinə və korporativ təhlükəsizlik standartlarına riayət edilməsinin təmin edilməsi;
- Ən son proqram versiyalarının quraşdırılması üçün dəstəyin təmin edilməsi;
- Şəbəkə arxitekturasının vəziyyətinin monitorinqi, problemlərin araşdırılması və həlli;
- İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
Tələblər:
- Server və virtualizasiya sistemləri üzrə təcrübə;
- Şəbəkə üzrə biliklər;
- System bilikləri (Windows Server, MS Active Directory, MS Exchange, EDR, Proxy, Logging-Audit, Ticketing Systems);
- Paylanmış proqram arxitekturaları, konteyner (Docker) və orkestrləşdirmə (Kubernetes) sahəsində təcrübə arzu olunandır;
- Əsas və Test mühitin qurulması və idarə olunması üzrə təcrübə;
- Ali təhsil (Kompüter elmləri və ya informasiya texnologiyaları sahəsi üzrə);
- Səlis azəybaycan dili biliyi, yaxşı səviyyədə ingilis dili biliyi, rus dili biliyi arzu olunandır;
- İnformasiya texnologiyaları sahəsində ən azı 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
- Detallara və nəticəyə yönümlülük;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/m2bjpp9gif
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.