Logistika üzrə mütəxəssis
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il təcrübə;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili, Rus dili və İngilis dili biliyi;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər olan bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək;
- Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək;
- Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim etmək;
- Gömrük və beynəlxalq daşıma ödənişlərini təşkil etmək, daxili sistemdə qeydiyyatını aparmaq.
- Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatını aparmaq və yükün çatdırılma prosesinin cari statusunu daimi izləmək və yeniləmək;
- Logistik problemləri aşkarlamaq və prosesin təkmilləşdirilməsi üçün təklif və plan hazırlayıb tətbiq etmək.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.