Təlim və tədris

LEGALIZE Law Firm

Təlim proqramı

Legalize Hüquq şirkəti və “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzi birgə əməkdaşlıq çərçivəsində təlimlərə başlayır.

8 addımda peşəkar fəaliyyətinizi daha səmərəli edə,çalışdığınız müəssisəni böyük maliyyə itkiləri ilə nəticələnən risklərdən qoruya bilərsiniz!

Təlim daha çox praktiki həllər üzərində (dövlət orqanları ilə münasibət, müxtəlif sahələrə uyğun insan resurslarının təşkili və əməyin ödənilməsi sistemlərinin müəyyən edilməsi və s.) həyata keçirilməklə aşağıdakı mövzuları əhatə edəcək:

  • Effektiv strukturun qurulması, insan resurslarının planlaması və işə qəbul prosesinin qurulması;
  • İşə qəbul prosesinin əmək qanunvericiliyinə uyğun həyata keçirilməsi, əmək müqavilələri, ƏMAS sistemi;
  • Motivasiya sisteminin qurulması, karyeranın idarə edilməsi mexanizmlərinin tətbiqi, əsas səmərəlilik göstəricilərinin (KPİ) müəyyən edilməsi və təlimlərin təşkil edilməsi;
  • İş və istirahət vaxtları, çoxnövbəli iş rejimləri və buna uyğun dərəcələndirmə və əməyin ödənilməsi sistemlərinin qurulması;
  • İntizam tənbeh tədbirləri və fərdi əmək mübahisələri;
  • Əmək Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi aidiyyatı maddələrin qarşılıqlı təhlili.

Təlim proqramı ilə linkə keçid edərək tanış ola bilərsiz: https://www.legalize.az/blog/telim-elani

Təlimin ödənişi: 250 AZN

Təlim ödənişi ilə bağlı nəzərdə tutulan endirimlər:

Tələbələr üçün 100 AZN;

korporativ müştərilər üçün: eyni müəssisədən 2 əməkdaş iştirak edərsə hər birinə 10%, 3 və daha artıq əməkdaş iştirak edərsə hər birinə 20% endirim tətbiq ediləcək.

Təlimlər həftənin iş günləri hər həftə 2 gün olmaqla saat 18:00 -dan 20:00 -a kimi davam edəcəyi nəzərdə tutulub.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Ətraflı məlumat və qeydiyyat üçün:

Təlim linkinə daxil olub müraciət blankını dolduraraq müraciət göndərə və ya Aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya: +994 (51) 303-34-60 və ya info@legalize.az elektron poçt ünvanına müraciət göndərə bilərsiz.

Qeydiyyat üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSfEjJjscXMiSTlFcLS-JNLsrSEBeK5DVpT4mORPrX9MC6kHGA/viewform

Daha çox blog yazılarımız:

[moreBlogs]