İnzibati, Biznes və İdarəetmə

Mars Overseas Baku

İnsan resursları üzrə mütəxəssis (Qəbələ)

Şəhər: Qəbələ
İş rejimi: full-time
Son tarix: 2024-10-24

Şirkət: Qəbələ Konserv Zavodu

İş yeri: Qəbələ şəhəri

Vəzifə öhdəlikləri :

  • Qanunvericiliyin tələbləri nəzərə alınmaqla səlahiyyətləri çərçivəsində Müəssisədə əmək münasibətlərindən irəli gələn məsələləri təmin etmək;
  • Əmrlərin hazırlanması, əmək müqavilələrinin və tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanması, əmək müqavilələrinə dəyişiklik edilməsi, əmək müqavilələrinə xitam verilməsi, Elektron Hökümət Portalına bildirişlərin daxil edilməsi əməliyyatlarını həyata keçirmək;
  • Məzuniyyətlərin, ezamiyyətlərin təmin edilməsi, intizam tədbirlərinin və mükafatlandırma tədbirlərinin icra edilməsi;
  • İş vaxtının uçotunun aparılması və əməyin ödənilməsi prosesslərinin müvafiq struktur bölməyə aid işlərini icra etmək, gündəlik davamiyyətə nəzarət (qapı giriş-çıxış proqramı və Google-Sheet üzərində) etmək;
  • ERP (1C) proqramında aylıq iş qrafiklərinin yaradılması, davamiyyət sənədlərinin işlənilməsi (işdən dayanma ərizələri, istehsalat boşadayanmaları və digər səbəblər);
  • İşçilərin sosial müdafiə məsələlərini, o cümlədən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta məsələlərini, tibbi sığorta üçün tələb olunan məlumat mübadiləsini, əməkhaqqlarının ödənilməsi üçün bank kartlarının sifariş verilməsi işlərini təmin etmək; və s.

Tələb:

  • Ali-bakalavr (hüquq və sosial iş sahəsində üstünlükdür)
  • Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi
  • Əmək qanunvericili haqqında yüksək biliyə malik olma;
  • Kopüter bilikləri, o cümlədən “MS Office” proqramları və ERP proqramları üzrə yüksək biliklər;
  • Azərbaycan dili yüksək səviyyədə, Rus və İngilis dili arzuolunandır;

Əlavə tələblər:

  • Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Stressə davamlılıq;

İş yeri: Qəbələ şəhəri 

İş qrafiki: 5 günlük iş həftəsi (standart)

Əməkhaqqı: bazar tələblərinə uyğun olmaqla namizədin bilik və bacarıqları əsasında təyin edilir.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İnsan resursları üzrə mütəxəssis – Qəbələ” qeyd etməklə career@totalbeverage.group ünvanına göndərə bilərsiniz.