Marketinq, reklam, çap və nəşriyyat
Dərman vasitələri üzrə Product Menecer
İş barədə məlumat:
- Şirkətin dərman preparatına müvafiq marketinq strategiyalarının və taktikalarının hazırlanması
- Rəqiblərin araşdırılması və analizinin aparılması
- Dərman preparatlarına prezentasiyaların hazırlanması və tədris prosesinin təşkili
- Promosyon materiallarının hazırlanması
- İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur;
- Təhsili/ixtisası: Ali təhsil (tibb və ya əczaçılıq təhsili olanlara üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilməlidir, ingilis dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office;
- Fərdi keyfiyyət tələbləri: idarəetmə bacarığı, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Maaş: ilkin təklif olunan aylıq maaş – 1000-2000 AZN aralığı + Aylıq bonus
İş qrafiki: Həftənin 5 günü, saat 08:00-17:00
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini mövzu hissəsində “Dərman vasitələri üzrə product menecer” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 31.03.2023
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.