İnzibati, Biznes və İdarəetmə

İstedadların cəlb edilməsi üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-27

Təsvir:

  • Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
  • Elan olunan vakansiyalar üzrə namizədləri axtarmaq;
  • Gündəlik müsahibə cədvəlini aparmaq;
  • Namizədlər üçün imtahanları və test yoxlanışlarını təşkil etmək;
  • Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumat vermək;
  • Müsahibə nəticələrinin qeydiyyatını aparmaq;
  • İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
  • İşə qəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
  • Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • İşçi qüvvəsinin planlaşdırılmasında iştirak etmək;
  • İşə qəbul hesabatlarını hazırlamaq;
  • İşçi qüvvəsini planlaşdırmaq;
  • İşə qəbul planını hazırlamaq.

Tələblər:

  • Təhsil: Ali (İnsan resursları sahəsində olması üstünlükdür)
  • Təcrübə: Müvafiq sahədə 2 il iş təcrübəsi
  • Sertifikatlar: Sahə üzrə sertifikatları arzuolunandır
  • Dil bilikləri: Azərbaycan dili və ingilis dili səlis, rus dili arzuolunandır

Səriştə və bacarıqlar:

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Həllyönümlü olmaq;
  • Təşəbbüskarlıq;
  • Kreativlik;
  • Diqqətlilik;
  • Məsuliyyətli olmaq;
  • Dəqiqlik və səliqəlilik.