İnzibati, Biznes və İdarəetmə

Korporativ Katib

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-01-06

Vəzifə təlimatları:

  • Şirkət bölmələrinin və vəzifəli şəxslərin qanunvericiliyin, Cəmiyyətin nizamnaməsinin, habelə səhmdarların hüquq və mənafelərinin həyata keçirilməsinə zəmanət verən digər sənədlərin tələblərinə uyğun olmasını təmin etmək;
  • Səhmdarların ümumi yığıncaqlarının hazırlanması və təşkili və ümumi yığıncaq qərarlarının icrasına nəzarət;
  • Cəmiyyətin Müşahidə şurasının və digər idarəetmə orqanlarının qərarlarının hazırlanması, habelə onların icrasına nəzarət;
  • Müşahidə Şurası iclası və Törəmə müəssisələrin Müşahidə Şuraları və Komitələrin iş prosesinin təşkilini təmin etmək, protokolları tərtib etmək;
  • Cəmiyyətin iclaslarından sonra aidiyyati şəxslərə tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Birbaşa rəhbəri tərəfindən müəyyən edilmiş qaydada hesabatları hazırlamaq;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:

  • Hüquq, Beynəlxalq münasibətlər və oxşar sahələr üzrə Ali təhsil, MBA təhsili üstünlükdür;
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
  • Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Ingilis dili (əla);
  • Zamanın səmərəli və effektiv idarəedilməsi;
  • Güclü təşkilatçılıq bacarığı.