Logistika və anbar təsərrüfatı bölməsi
Struktur vahidinin adı: Logistika və anbar təsərrüfatı bölməsi
Yerinə yetirəcəyi işlər:
- Layihələrdə işlərin görülməsi üçün tikinti texnikalarının işə cəlb etmək, texnikaların ödənişlərinin kontragentlə üzləşdirilməsi, ödənişlərə nəzarət etmək;
- Daşımaların həyata keçirilməsi üçün avtomobillərin cəlb etmək, ödənişlərinin kontragentlə üzləşdirilməsi, ödənişlərə nəzarət etmək;
- Şirkətin logistika əməliyyatlarının optimallaşdırılması məqsədilə təkliflərin hazırlanması;
- Logistika proseslərilə bağlı sənəd dövriyyəsinin koordinasiyası;
- Cəmiyyət üçün gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsini, habelə gömrük rəsmləşdirməsi üçün zəruri olan digər tədbirlər üçün sənədlərin hazırlanmasını təmin etmək;
- Cəmiyyət üçün göndərilən mallarin müşaiyətedici və digər sənədlərində olan məlumatlar əsasında müvafiq gömrük rejimində məhsulların bəyannaməsini hazırlamaq;
- Cəmiyyət üçün göndərilən mallar üçün tələb olunan ödənişləri hesablamaq və gömrük rüsumlarının ödənilməsini təmin etmək üçün zəruri sənədləri cəmiyyətin maliyyə xidmətinə təqdim etmək;
- Logistikanın büdcəsinin hazırlanmasında iştirak, logistika əməliyyatlarının icra olunmasına çəkilən xərclərin qiymətləndirilməsi və analizi;
- Logistik proqnozların qurulmasında iştirak etmək;
- Anbarda maddi qiymətli malların qəbulunun, saxlanmasının və buraxılmasının sistemləşdirilməsi və tam nəzarətdə saxlanması üçün anbar fəaliyyətini təşkil edir;
- Müxtəlif materialları: yanacaq, xammal, polufabrikat, hazır məhsul, detallar, alətlər, əşyalar və anbara qəbul edilməsinə, tərəzidə çəkilməsinə, saxlanması zamanı normativ sənədlərin tələblərinə riayət olunmasına və anbardan buraxılmasını təşkil edir;
- Mal və materialların xarab olmaması və itməməsi üçün tədbirlər görür;
- Yükləmə, boşaltma işlərini təşkil edir və həmin işlərin icrasına nəzarət edir;
- Anbarda saxlanılan materialların hərəkəti ilə əlaqədar qeydiyatların aparılmasını və onların hesabat sənədlərinin təqdim olunmasını təmin edir;
- İnventarlaşmanın aparılmasında iştirak edir;
- Anbarda saxlanılan maddi sərvətlərin qorunub saxlanmasını standartların tələblərinə uyğun olaraq təmin edir.
Tələblər:
- Nəqliyyat və anbar təsərrüfatı sahəsində normativ, metodik və digər rəhbəredici materialları;
- Mal-materialların saxlanma standartlarını və texniki şərtlərini;
- Texnikaların yanacaq sərfi normalarını;
- Avtomobil nəqliyyatı ilə yükdaşıma qaydalarını;
- Məhsulların nəql olunma, çatdırılma və saxlanma şərtlərini;
- Ali təhsil
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), inigilis və rus dilləri arzuolunandır.
- Microsoft Office (yaxşı), 1C
İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.
- İşçi nahar, telefon danışığı təmin edilir.
CV-ləri e-mail ünvanına “Logistika və anbar təsərrüfatı bölməsinin mütəxəssisi” başlığı ilə göndərməyiniz xahiş olunur.