Komputerləşmə və İKT

Norm OJSC

İnformasiya Texnologiyaları üzrə Kiçik Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-02-07

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • İnformasiya texnologiyaları sahəsində ali bakalavr təhsili
  • Əlaqədar vəzifədə 1-2 il iş təcrübəsi
  • Yüksək səviyyədə ingilis dili biliyi
  • Rus dili biliyi arzu olunandır.
  • Windows Əməliyyat Sistemlərinin quraşdırılması və sazlanması
  • Proqram Təminatlarının, Antivirusların yüklənməsi
  • İnternet, Ethernet, Wi-Fi və Lokal Şəbəkə prinsiplərini bilmək və sazlamaq
  • Kabellərin sonlandırılması barədə məlumatlı olmalıdır (rj45, patch-panel, data yuvası və s.)
  • Periferik avadanlıqların quraşdırılması və sazlanması (printer, skaner və s.) 
  • DVR və NVR sistemləri haqqında biliklər 
  • CISCO, CCENT, CCT və ya MCDST sertifikatlarının olması üstünlükdür.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • İT sistemlərlə bağlı daxili sorğuların qəbul edilməsi, identifikasiyası, tipinə görə müəyyən edilməsi
  • İşçi stansiyalarda yaranan problemlərin ilkin olaraq aradan qaldırılmasına dəstək
  • Texniki sualların cavablandırılması və istifadəçilərə dəstək
  • Service Desk sistemindəki müvafiq sorğuları vaxtında icra etmək;
  • Yeni kompüter avadanlığı və proqramlarının quraşdırılması və konfiqurasiyası
  • İstifadəçilərə şəbəkədə işləməyi, arxivlərin aparılmasını öyrədir; şəbəkədə işləməklə bağlı istifadəçilərin suallarına cavab verir; şəbəkə proqram təminatı ilə iş üzrə təlimatlar tərtib edir və onların istifadəçilərin nəzərinə çatdırır
  • Şəbəkəyə qoşulmuş printerlərə və digər cihazlara texniki qulluq
  • Antivirus proqramının dövri olaraq yenilənməsi və işlək vəziyyətdə saxlanması
  • Ərazıdə müşahidə kameralarında yaranan problemlərin aradan qaldırılması
  • API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin tətbiqi
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Unikal imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.