Mühəndislik

Norm OJSC

Mexaniki Təmir üzrə Baş Mühəndis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-03

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker,
ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

İş yeri: Zavod ofisi
Tələblər: 

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 10 il iş təcrübəsi;
  • MS Office proqramlarından istifadə bacarığı
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
  • Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı;

Əsas vəzifə və öhdəliklər:

  • Mexaniki təmir bölməsinə aid büdcənin hazırlanması və izlənilməsi
  • Mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması
  • Mexaniki təmir işlərinin tədbirlər planına əsasən tam yerinə yetirilməsinə nəzarət
  • Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi
  • Mexaniki təmir ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi
  • Mexaniki təmir ilə əlaqəli hesabatların hazırlanması
  • Anidən yaranan mexaniki nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
  • Qeyri-standart/cizgisi olmayan ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin SAP sistemi üzərindən yaradılması
  • Mexaniki təmir bölməsinə aid gündəlik texniki təmir qrafikinin və siyahısının qurğular dayandırılmazdan əvvəl hazırlanması
  • Planlama şöbəsi ilə əməkdaşlıq
  • texniki təmir sisteminin yaradılması üçün texniki təmir heyətinə yardım
  • mexaniki qurğuların təmiri üzrə qeydiyyatların mütəmadi aparılmasının təmin edilməsi
  • texniki təmir planlarının hazırlanması
  • vacib ehtiyat hissələrin siyahısının tərtib edilməsi
  • ehtiyat hissələrin anbardakı miqdarının optimallaşdırılması
  • texniki təmir planının həyata keçirilməsi
  • İri miqyaslı dayanma (illik dayanma) planının hazırlanması
  • Podratçı şirkətin işçi heyətinin sayının görüləcək işlərə müvafiq olaraq təyin olunması
  • Podratçı şirkətin görəcəyi mexaniki təmir işlərlə bağlı siyahının hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət
  • Qaz təchizatı sisteminin istifadəsini planlamalı, istehsalat tapşırıqlarını verməli və onların “Qaz
  • Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 30.09.2024