Sement və Beton Satışı Hesabatları üzrə Kiçik Mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-05-17
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər:
- İqtisadiyyat, Maliyyə ixtisası üzrə ali bakalavr təhsili
- Əlaqədar sahə üzrə 1-2 il iş təcrübəsi
- Yüksək səviyyədə ingilis dili biliyi
- MS Office komputer proqramı üzrə bacarıqlar
- SAP biliyi
- Sement/Beton istehsalı üzrə biliklər
- Müştəri əlaqələrinin idarəedilməsi
- Əsas maliyyə göstəriciləri haqda biliklər
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Müştəri məlumat bazasının yaradılması və yenilənməsinə nəzarət
- Satış sifarişlərin toplanması və işlənməsi
- Satış və Daşıma SAP sisteminə işlənməsi və kompüterdə kataloqun yaradılması
- Müqavilələrin və Satış Sifarişlərinin SAP çərçivəsində tərtib edilməsi
- Satış departamentinin arxivinin yaradılması, yenilənməsi və saxlanmasına görə cavabdehlik
- Müdiriyyətin təlimatlarına uyğun olaraq müştərilərlə əlaqələrin saxlanılması
- Satış-alış müqavilələrinin hazırlanmasına və müqavilələrin icrası ilə əlaqəli məsələlərin həllinə dəstək
- Müştəri müraciətlərinin nəzərdən keçirilməsi və müştəri sifarişlərinin lazımi qaydada qeydiyyata alınması
- Şirkətin qısa nömrəsinə cavab verilməsi
- Satış şöbəsinin tədbirlərin təşkilinə dəstək
- API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Korporativ tibbi siğorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.