Maliyyə xidmətləri

Norm OJSC

Xəzinədar

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-12-21

İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi. 
  • Mühasibatlıq/xəzinədarlıq sahəsi üzrə 3 idən  artıq iş təcrübəsi
  • Balans cədvəli, pul vəsaitlərinin hərəkəti, maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər 
  • Maliyyə qanunları və qaydaları barədə məlumatlı olmaq
  • Maliyyə uçotu və əlaqədar sistemlərdə iş bacarığı
  • İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
  • ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilərin olması üstünlükdür
  • SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır

Vəzifə və Öhdəliklər:

  • Nağd pul vəsaitlərin qəbulu, saxlanması, uçotu və təhvili ilə bağlı əməliyyatları onların qorunmasını təmin edən qaydaları riayət edərək həyata keçirmək.
  • Müəyyən olunmuş nağd ödənişlərin aparılması üçün bank təşkilatlarından pul vəsaitlərini almaq bununla bağlı sənədləşməni aparmaq
  • Mədaxil və məxaric sənədləri əsasında Xəzinə Kitabını aparmaq.
  • Xəzinədə qalan pul vəsaitlərin və kassa kitabında qalıq göstəricilərinin uyğunluğunu yoxlamaq.
  • Yararsız hala düşmüş kupyuraların siyahısını tərtib etmək və onları banka təhvil verərək yeniləri ilə əvəz edilməsini təşkil etmək.
  • Müəyyən olunmuş qaydada nağd pul vəsaitlərini inkassatorlara təhvil vermək.
  • Xəzinə hesabatını tərtib etmək.
  • Ona təhvil verilmiş pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanılmasına dair bütün müvafiq tədbirləri görmək və nağd pul vəsaitlərin saxlanmasına təhlükə yaradan halların mövcudluğunu aşkar etdikdə, bu barədə Birbaşa Rəhbərə məlumat vermək.  
  • Nağd pul vəsaitlərin saxlanılması, təhvil verilməsi, alması, daşınması və bu vəsaitlərlə bağlı digər  əməliyyatlar və pul vəsaitlərin mühafizə tədbirləri  barəsində məlumatı üçüncü şəxslərə yaymamaq.
  • Nağd və nağdsız şəkildə olan bütün pul vəsaitlərinin dövriyyəsini (pulların mədaxili və məxarici) təşkil etmək və SAP sistemində əks etdirmək
  • Aylıq/rüblük/illik pul axının hesabatını hazırlamaq
  • Aylıq/rüblük/illik kreditlər üzrə borcların və faizlərin hesabatını hazırlamaq

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 20 Dekabr 2024-cü il