Mexanik
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-06-20
Vəzifə öhdəlikləri:
- Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
- Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
- Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq
- İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
- Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
- Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq
- İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
- Tabeçiliyində olan işçilərin (çilingər və mexanizatorlarin) iş müdetində faydalı iş əmsalına nəzarətə cavabdehlik
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi
Namizədə Tələblər:
- Ali və ya orta texniki təhsil (Avtomobil nəqliyyatı, mexanika, mühəndislik və ya müvafiq sahə üzrə)
- Yük maşınları və ağır texnikaların təmiri sahəsində ən azı 3-5 il iş təcrübəsi
- Mexaniki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması sahəsində praktiki bacarıqlar
- Hidravlik, pnevmatik, elektrik və mexaniki sistemlərin iş prinsipini bilmə
- Texniki diaqnostika avadanlıqları ilə işləmək bacarığı
- Texniki sənədlərlə işləmək və texniki hesabatlar hazırlamaq bacarığı
- Komandada işləmək və tabeçiliyində olan işçilərə nəzarət etmək qabiliyyəti
- Ezamiyyətlərə getməkdə və açıq sahədə işləməkdə problem olmamalı
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək və fərdi mühafizə vasitələrindən istifadə vərdişi
- Məsuliyyətli, operativ və intizamlı olmaq
- Fiziki dayanıqlılıq və texnikaya qarşı diqqətli münasibət
Müraciət etmək üçün CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəyə“Mexanik” qeyd edərək göndərməyinizi xahiş edirəm.