İnzibati, Biznes və İdarəetmə
İnsan Resursları üzrə Aparıcı Biznes tərəfdaş
Vəzifə öhdəlikləri
- Şəbəkə mağazalarımızda yeni işçilərin işə qəbulunu təşkil etmək, iş elanlarını hazırlamaq, müraciət edənlər ilə müsahibələr keçirmək və uyğun namizədləri seçmək
- İşə qəbul üçün müraciət edən namizədlərin anketlərini analiz etmək;
- İşə qəbul edilən əməkdaşlarn sənədlərinin yoxlanması və sənədləşmə prosesi üçün müvafiq struktura yönlətmək;
- Transferləri həyata keçirmək,işçi saylarının ştat cədvəlinə nəzərdə tutulmuş saydan artıq olmamasına nəzarət etmək;
- İşə qəbul layihələrinin (Açıq Qapı günləri, Karyera sərgiləri) təşkilində iştirak edilməsi;
- Şirkətin işə qəbul siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
Namizədə dair tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində)
- Təcrübə: müvafiq sahə üzrə min. 2 il (Retail sahəsində təcrübəsi olan şəxslərə üstünlük veriləcək)
- Kompüter bilikləri: MS Office -yaxşı səviyyədə;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
- İşə qəbul müsahibələrinin aparılması bacarığı
- Yüksək kommunikasiya, nəticəyönümlülük, analitik; düşünmə və təqdimat bacarıqlarına sahib olmalı.
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə Aparıcı Biznes Tərəfdaş " yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.