Marketinq, reklam, çap və nəşriyyat

Olivia Beauty & Care

Hekayə üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-09-28

İşin təsviri:

  • Sosial şəbəkələrdə canlı yayımların edilməsi, hekayələrin yerləşdirilməsi;
  • Hekayələr üçün məhsullar haqqında araşdırma edib, informativ və tətbiq video kontentlərin hazırlanması;
  • Mağazaları mütəmadi gəzmək, aktual təklifləri işıqlandırmaq;
  • Canlı yayım zamanı izləyicilərə məhsulların tanıdılması, məhsullar haqqında ətraflı və doğru məlumatların verilməsi;
  • İnstaqram tool-larından və digər vasitələrdən aktiv istifadə edərək aktivliyin artırılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Tələblər:

  • Bu sahədə 1 illik iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, rus dili biliyi arzuolunandır;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Xoş görünüş və xoş səs tonu;
  • Yüksək ünsiyyət qurmaq bacarığı;
  • Aktivlik, çeviklik və məsuliyyətlilik;
  • Ezamiyyətə hazırlıqlı olmalıdır;

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət Et düyməsinə keçid edə bilərsən.