Pərakəndə satış və müştəri xidmətləri

Olivia Beauty & Care

Satış nümayəndəsi (Promoter)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-05

Olivia

Təsvir

  • Məhsul stendinə yaxınlaşan müştərilərin tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi;
  • Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi;
  • Satış və anbar qalığına nəzarət edilməsi;
  • Məhsul və ya xidmət xüsusiyyətlərindən xəbərdar olması.

İş şəraiti:

  • İş qrafiki 9:00-18:00, 13:00-22:00
  • İş yeri : Gənclik Mall daxilində Bravo marketdə olacaq.

Tələblər:
Biz səndən nə gözləyirik:

  • Satış etmə bacarığı;
  • Azərbaycan dilində səlis ünsiyyət qurma bacarığı;
  • Rus dili biliyi üstünlükdür!

“Olivia” Beauty& Care haqqında:
“Olivia” Beauty& Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb. 
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə vakansiyaya müraciət edə bilərsən!

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/m0ovnmwbfn