Pərakəndə satış və müştəri xidmətləri

Baku Electronics

Onlayn satış üzrə təmsilçi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-04-14

Komandamıza qoşulmaqla siz peşəkar əməkdaşlarla rəqabətə davamlı korporativ mühitdə işləmək, pərakəndə sahəsində təcrübə və bacarıqlar əldə edəcəksiniz.

Onlayn satış üzrə təmsilçi

Vəzifə öhdəlikləri:

• Müştəri ehtiyacı və tələblərini müəyyənləşdirərək, məhsul və xidmətlərin uyğun olaraq təqdim edilməsi;
• Cavabdeh olduğu sahə üzrə mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına uyğun riayət edilməsi;
• Satış hədəflərinin həyata keçirilməsinə dair fəaliyyətlərin icra edilməsi;
• Məhsul satışından sonra göstəriləcək xidmətlərin təqib edilməsi;
• Satış performansının artırılması istiqamətində mağaza rəhbərin tapşırıqlarını icra edilməsi;
• Müştəri sorğularının cavablandırılması və yaranacaq problemlərin peşəkar şəkildə həll edilməsi;
• Qüvvədə olan kampaniya şərtlərinin icrasını təmin edilməsi.

 

Tələblər

• Orta məktəb diplomu və ya ekvivalent;
• Satış sahəsində iş təcrübəsi azruolunandır;
• Yüksək ünsiyyət və inandırma bacarığı;
• Sürətli mühitdə işləmə və bir neçə tapşırığı eyni anda idarə edə bilmək qabiliyyəti;
• Əməliyyatların aparılması üçün ilkin riyazi biliklər;
• Müxtəlif iş növbələrində işləmək bacarığı.