Aktivlərin idarəedilməsi və investisiya xidmətləri üzrə Baş məsləhətçi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-21
İşiniz nədən ibarətdir?
- Risk profilləri üzrə anketin və intervyu prosedur və qaydalarının təkmilləşdirilməsi
- Müştərilərlə görüşlərin keçirilməsi, risk profillərinin təyini, intervyu nəticələri əsasında müştərinin çatmaq istədiyi maliyyə hədəflərinin müəyyən edilməsi
- Müəyyən edilmiş risk profili və maliyyə hədəflərinə uyğun investisiya strategiyasının formalaşdırılması və investisiya alətlərinin köməyi aktivlərin bölgüsünü və yerləşdirilməsi üzrə maliyyə məsləhətinin verilməsi
- İnvestisiya siyasəti bəyannaməsinin tərtibi və onun RM, broker və bankın risk departamenti arasında qüvvədə olan prosedurlara əsasən mübadiləsi
- Müştəri portfellərinin icrasına nəzarət etmək və icranın yekunlaşdırılması və hesabatlılığın təmin edilməsi istiqamətində müvafiq proseslər daxilində əlaqədar struktur bölmələrlə münasibət qurmaq
- RM və müştərilərlə treyninqlərin təşkili və yeni məhsullar haqqında təqdimat və seminarların həyata keçirilməsi
- Sərvətin planlanması
- İnvestisiya portfellərinin (model, özəl hazırlanmış və digər) və statistik məlumatlarını müntəzəm olaraq izləmək, əlaqədar tərəflər arasında mübadiləsini təmin etmək
- Portfellərin yenidən balanslaşdırmaq və müştəriləri məlumatlandırmaq
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 3-5 il
- Lisenziya / Sertifikat: CFA 2 və ya CFA 3
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office, Bloomberg
- Məhsul üzrə biliklər: Bank məhsulları, Özəl bankçılıq, İnvestisiya məhsulları, portfel idarəçiliyi
- Bazar üzrə biliklər: Maliyyə bazarları, makro iqtisadiyyat və maliyyə təhlili
- Başqa tələblər:
- İnvestisiya strategiyaları və risklər üzrə biliklər
- Güclü problem həll etmə və analitik qabiliyyətlərinin olması
- Rus və İngilis dillərində müştərilərlə empatik ünsiyyət qurmaq, etibar və tərəfdaşlıq münasibətlərini yarada bilmə və satış qabiliyyətinin olması
- Makro iqtisadi tendensiyaların investisiya strategiyalarına olan təsirini başa düşmək