APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi üzrə Mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-07-02
İşiniz nədən ibarətdir?
- Bankın Aktiv və Passivlərin idarə edilməsi məqsədilə gündəlik hesabatların hazırlanması;
- Likvidlik risklərinin idarə olunmasında bankdaxili qaydalara və requlyativ normalara riayət olunmasının təmin edilməsi;
- FTP (Funds Transfer Pricing) hesabatlarının hazırlanması və effektiv tətbiqində şöbənin işinə dəstək vermək;
- Bankın likvidlik, faiz və məzənnə risklərindən qorunması istiqamətdə görülən işlərində yaxından iştirak etmək;
- Sərbəst vəsaitlərin idarə edilməsi və maliyyə bazarlarında investisiya fəaliyyəti məqsədilə müvafiq təkliflərin hazırlanması və monitorinqi;
- Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatların hazırlanması;
- Bankın biznes fəaliyyəti üçün davamlı olaraq tələb olunan maliyyə resursların təmin edilməsi məqsədilə təhlillərin aparılması və proqnozlaşdırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2 il
- Lisenziya / Sertifikat: CFA 1-ci səviyyə və ya FRM 1-ci səviyyə (arzu olunandır)
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
- Maliyyə Bazarları üzrə biliklər: Yerli və xarici maliyyə bazarları və məhsullar üzrə biliklər