İnzibati, Biznes və İdarəetmə

PASHA Bank

Baş Agile Kouç

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-09

Təsvir:

  • Təşkilatın bütün səviyyələrində, əsasən də orta və yüksək rəhbərlik səviyyəsində Agile düşüncə tərzinin formalaşdırılması, davamlı kouçinq və öyrədici sessiyaların keçirilməsi;
  • Komanda və təşkilatı Agile metodologilarının tətbiqi üzrə təlimatladırmaq;
  • Komandada fasilitator olaraq komanda daxili şəffaf və adaptiv mühitin yaradılması ilə kouçinqin həyata keçirilməsi;
  • Məhsulun bütün mərhələləri və backlog-un idarə olunmasında məhsul sahibinə dəstək verilməsi;
  • Korporativ mədəniyyətə uyğunlaşma və ya logistik problemlər kimi yarana biləcək maneələrin aradan qaldırılması;
  • Bütün komanda üzvləri arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı təlimə təşviq etmək və bir-birinə dəstək vermək;
  • Komanda daxilində və xaricində ünsiyyət və əməkdaşlığı asanlaşdırmaq;
  • Komanda və təşkilatın bütün səviyyələrində Agile, prinsipləri və təcrübələrini tətbiq etmək;
  • Komanda daxilində özünü inkişaf və artımı təşviq etmək;
  • Agile fəlsəfənin komanda daxili müzakirələr və kouçinq vasitəsilə tərənnüm olunması;
  • Problemlərin rahat şəkildə qorxu olmadan gündəmə gətirilməsi üçün sağlam və güvənilir mühitin yaradılması
  • Planlaşdırma, restrospective kimi görüşlərin keçirilməsini rahatlaşdrmaq;
  • Dünya miqyaslı Agile tədbirlərdə aktiv iştirak, müvafiq məqalələrin oxunulması, rəy bildirilməsi və eyni zamanda nəşr olunması;
  • Davamlı inkişafın və təşkilatı dəyişikliyin tərənnüm olunması;
  • Komanda və təşkilatı inkişafa, təkilləşdirməyə fokuslanaraq müxtəlif qrup komandaların kouçinqinin həyata keçirilməsi;
  • Agile İcmaların təcrübəsini təşkilat daxili tərənnüm etmək.

Tələblər:

  • Agile idarəetmə, agile mühit və proqram təminatının inkişafı sahəsi və buna uyğun sahədə 3-5 illik təcrübə;
  • Komandaların Agile təcrübəsi ilə kouçinqi və Agile metodologiyanın biznesə vaxtında maksimal dəyər qazandırmasında əminlik;
  • Yüksək kommunikasiya bacarığı vasitəsilə çətin mesajların və yeni konseptlərin tədris olunması bacarığı;
  • Komandada stressli və konfliktli situasiyaların öncədən təxmin edilməsi və poblemə çevrilmədən öncə düzgün yönləndirilmə bacarığı;
  • Müvafiq məhsul və sahələr üzrə dərin biliklərə sahib olmaq;
  • Komandanın qarşısında olan çətinliklərin həll olunması üçün düzgün yönləndirmə bacarığı;
  • Yüksək enerji və həvəslə işə yanaşma metodu ilə hər kəsə müsbət təsir etmə bacarığı;
  • Təşkilatda bütün struktur bölmələri ilə işləmə bacarığı;
  • Orta ingilis dili biliyi.