Baş Məhsul Sahibi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-09
İşiniz nədən ibarətdir?
- Xüsusi rəqəmsal məhsullar üçün məhsulun "backlog"nun yaradılması və prioritetləşdirilməsi;
- Məhsul və biznes metriklərinin monitorinqi və bununla Bankın KPI-larına uyğun nəticələrə nail olunması;
- Məhsulun yol xəritəsi və vizyonunun formalaşdırılması, təqdim edilməsi və komanda üzvlərinə çatdırılması;
- Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçirilməsi üzrə dəqiqləşdirilmələrin aparılması, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rolun oynanılması;
- Müştəriyə sürətli və müntəzəm biznes dəyəri yaradan məhsulların təqdim edilməsi üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rolun oynanılması;
- Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs göstərilməsi və icrasına nəzarət edilməsi;
- Digər Məhsul Sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatların bölüşülməsi və mümkün dəstəyin verilməsi şəraitində əməkdaşlıq edilməsi;
- Komandadaxili işlərin gedişatı ilə bağlı birbaşa rəhbərlə şəffaf kommunikasiyanın aparılması;
- Təşkilat daxilində həll yollarının asanlaşdırılması;
- Məhsul strategiyasına uyğun həllərin prioritetləşdirılməsi və təqdim edilməsi üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edilməsi;
- Bazar araşdırmasının aparılması və məhsulun rəqabət qabiliyyətinin və istifadəsinin artırılması üçün imkanların müəyyənləşdirilməsi;
- "Agile" mərasimlərinin keçirilməsi üçün "Agile Coach" ilə əməkdaşlığın edilməsi: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s.;
- Texniki həllərin və onların müştərinin ehtiyaclarına necə dəstək göstərməsinin dərindən öyrənilməsi;
- Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiyanın aparılması;
- Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşurların və təlimatların hazırlanması;
- Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması;
- Birbaşa rəhbəri tərəfindən təyin edilmiş digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi;
- Bankın Təşkilati risklərin idarəedilməsinə dair Siyasətinə əməl edilməsi;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirərək lazımi addımların atılması;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarımillik və illik hədəflərə çatılması.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və ya bənzər sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Biznes və ya İT istiqamətində məhsul inkişafı üzrə 5 (beş) ildən artıq təcrübə;
- Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (minimum “intermediate” səviyyəsində),
- Digər tələblər:
- Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək, anlamaq və qərarları istiqamətləndirmək üçün həmin datadan istifadə edərək son məhsulu formalaşdırmaq bacarığı;
- Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, biznes bankçılığı (KOS, Korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspert anlayışına malik olmaq;
- Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.);
- Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqlar;
- "Agile" və ya "Design Thinking" üzrə biliklərə sahib olmaq;
- Komandada işləmə, problemləri həlletmə və konfliktlərin idarəedilməsi bacarıqları.