Biznes İnnovasiyaları üzrə Assistent
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-12-20
İşiniz nədən ibarətdir?
- Görüşlərin planlaşdırılması, görüş qeydlərinin aparılması və faylların toplanması daxil olmaqla Biznes İnnovasiyaları departamentinə inzibati dəstək göstərmək;
- Məhsul araşdırması, yaradılması və məhsulda maraqlı tərəflərlərlə koordinasiya işlərinin təşkili daxil olmaqla, məhsulun idarə edilməsi fəaliyyətlərinin dəstəklənməsi;
- Departament daxilində fərqli məlumatların əlçatanlığını təmin etmək üçün məlumat bazasını yaratmaq və idarə etmək;
- Büdcə fayllarınının hazırlanması və onların əlçatan olmasını təmin etmək;
- Büdcə məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək üçün maliyyə komandası ilə əməkdaşlıq etmək;
- Tələb olunduqda büdcə və digər məsələlərlə bağlı hesabatlar, təqdimatlar və digər materialları hazırlamaq;
- Biznes İnnovasiyaları məhsulları və təşəbbüsləri ilə bağlı xərcləri izləmək və lazımi məlumatları komanda ilə bölüşmək;
- Məhsul komandaları və rəhbər tərəfindən təyin edilmiş hər hansı digər işlərin yerinə yetirilməsi.
Sizdən nə tələb olunur?
- Maliyyə, Biznes, Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Rəqəmlərlə işləmək, hesablamalar aparmaq, maliyyə məlumatlarını təhlil etmək və uyğunsuzluqları aşkar etmək bacarığı;
- İnnovativ və texnoloji şirkətlərdə inzibati və təşkilati işlərdə təcrübəyə malik olmaq əlavə üstünlükdür;
- Güclü təşkilatçılıq və layihə idarəetmə bacarıqları, tapşırıqları prioritetləşdirmək bacarığı;
- İnsanlar arasında əlaqə qurmaq bacarığı ;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Sürətli və dinamik mühitdə işləmək bacarığı;
- Azərbaycan dilinə səlis yiyələnmə (yazılı və şifahi).