Data Elmi üzrə Mütəxəssis (Data Scientist)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-01
Təsvir:
- Statistika və maşın öyrənmə metodlarının vasitəsi ilə Data Elmi istifadə hallarını dizayn və tətbiq etmək
- Tövsiyə sistemləri, skorinq modelləri üçün yeni həlləri araşdırmaq və istifadə etmək
- Kompleks maliyyə datasının təhlili üçün ən son analitika texnikalarını tətbiq etmək
- Risk qiymətləndirməsi və saxtakarlıq aşkar edilməsi üçün maşın öyrənməsi modelləri hazırlamaq
- Bankın daxilində innovasiya aparacaq şəkildə maşın öyrənmə və generativ süni intellekt sahəsində son yenilikləri izləmək
- Müxtəlif komandalara datadan effektiv istifadə və data-əsaslı qərarlar qəbul etməkdə kömək etmək
Tələblər:
- Data Elmi, Statistika, Kompüter Elmləri və ya buna bənzər texniki sahədə magistr və ya doktorantura dərəcəsi və ya Bakalavr dərəcəsi + iş təcrübəsi;
- Real dünya problemlərinə analitik həllərin tətbiqində sübut edilmiş təcrübə
- Problemləri həll etmə və qərar qəbul etmə bacarığı
- Kommersiya və daha geniş biznes məsələlərini başa düşmək bacarığı
- Data analizi və modelləşdirmə üçün Python və ya R proqramlaşdırma dilində rahat işləmə bacarığı
- Maşın öyrənmə kitabxanaları (məsələn, scikit-learn, TensorFlow, PyTorch) ilə təcrübə
- Datanın əldə edilməsi və manipulyasiyası üçün güclü SQL bacarığı
- Data vizuallaşırma kitabxanaları (məsələn, seaborn, matplotlib) ilə işləmə bacarığı
- Linux, obyekt-əsaslı proqramlaşdırma və versiya kontrol sistemləri ilə təcrübə
- Kompleks texniki analiz nəticələrini biznesə ötürmək üçün əla kommunikasiya bacarığı
- Bank əməliyyatları, maliyyə məhsulları və risk idarəçiliyinə marağın olması (arzuolunandır).