Komputerləşmə və İKT

PASHA Bank

DevOps/SRE üzrə şöbə rəhbəri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-12-15

İşiniz nədən ibarətdir?

  • Saytın etibarlılığı mühəndisliyi (SRE) şöbəsinə rəhbərlik; SRE, DevOps və əlaqəli sahələrə cavabdeh olan komandalara nəzarət;
  • Sistemlərin miqyasını, təhlükəsizliyini və qənaətcilliyini təmin edən proseduraların hazırlanması və həyata keçirilməsi
  • Səmərəliliyi artırmaq və dayanma müddətini azaltmaq üçün avtomatlaşdırma və CI/CD proseslərində təkmilləşdirmə işlərinin aparılması;
  • Sistem problemlərini tez aşkar etmək və onlara cavab vermək üçün monitorinq və xəbərdarlıq sistemlərinin işlənib hazırlanması və saxlanılması;
  • İş həcminin müəyyən edilməsindən istifadəyə verilməsinədək mürəkkəb layihələrə nəzarət və məsləhətlərin verilməsi;
  • Etibarlılığın və performansın yüksəldilməsinə diqqət yetirməklə, gələcək texniki istiqamətin müəyyən edilməsinə yardım;
  • Komanda üzvlərinə texniki istiqamətləndirmənin və təlimatların verilməsi;
  • Həm taktiki, həm də strateji imkanlarda çarpaz funksional bölmələrlə (mühəndislik, biznes, məhsul) əməkdaşlıq;
  • Mürəkkəb problemlər və rəqabət aparan maraqların həlli zamanı praqmatik əsaslandırmanın tətbiqi;
  • Yüksək keyfiyyəti, işin davamiyyətini və xidmət səviyyəsinin vacib ölçülərini, müştəri tələblərini və maliyyə məqsədlərini qarşılamaq üçün davamlı dəstəyin təmin edilməsi üçün DevOps mədəniyyətinin formalaşdırılması;
  • Təchizatçıların və proqram aktivlərinin idarə edilməsi;
  • Biznes ehtiyaclarının qarşılanması və məmnuniyyətin artırılması üçün elementlərin və proqram təminatı relizlərinin dizayn edilməsi, buraxılması və təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

 

  • Təhsil: kompüter elmləri və ya müvafiq texniki ixtisaslar üzrə bakalavr təhsili.
  • Təcrübə: minimum 7 il sahə üzrə və ən azı 3 il rəhbər vəzifədə.
  • Xarici dil: ingilis dili orta səviyyədən yuxarı, rus dili arzuolunandır.
  • Kompüter bilikləri: Linux ƏS, virtuallaşdırma, bulud texnologiyaları, geniş miqyaslı sistem yerləşdirmələri və DevOps alətlərində təcrübə.
  • Bazar üzrə biliklər: qabaqcıl SRE tendensiyalarından xəbərdarlıq, yeni texnologiyaları öyrənmə və təcrübə etmə istəyi