DevZone Öyrənmə Marafonu
PASHA Bank bu ilin ən maraqlı layihələrindən biri olacaq "DevZone” öyrənmə marafonuna başlayır!
Kompüter elmləri və proqramlaşdırma üzrə ixtisaslaşmış ali məktəblərin məzunları və son kurs tələbələri – bu xəbər sizin üçündür.
Test və müsahibələr nəticəsində seçilmiş namizədlər "DevZone" marafonu çərçivəsində iki ay ərzində "back-end" proqramlaşdırma üzrə təlimlər və mentorluq sessiyalarında iştirak edəcəklər. "PASHA Bank"ın peşəkar mütəxəssisləri tərəfindən keçirilən təlimlərə qatılmaq və Bankda işləmək imkanı əldə etmək arzusundasınızsa, sizi bu layihəyə qoşulmağa dəvət edirik.
“Hackerrank” platformasında verilən tapşırıqları həll etməklə “DevZone" öyrənmə marafonunda iştirak haqqı qazana bilərsiniz. Tapşırıq mərhələsində ən yüksək nəticə göstərmiş ilk 50 iştirakçı müsahibə mərhələsinə keçid alacaq.
Taprşırıqları icra etmək üçün platformaya kompüterdən daxil olmaq vacibdir. “Hackerrank”dan artıq istifadə edirsinizsə, platformaya öz istifadəçi məlumatlarınızla daxil olun. Platformadan ilk dəfə istifadə edəcəksinizsə, səhifənin sonunda yerləşən formanı dolduraraq qeydiyyatdan keçin.
“Hackerrank” platformasına keçid: https://lnkd.in/eAF5B_Nm.
Tələsin! Müraciət üçün son tarix 8 apreldir.