İnzibati, Biznes və İdarəetmə

PASHA Bank

Funksional Sahə Lideri (Ticarətin Maliyələşdirilməsi üzrə)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-09

Təsvir:

  • Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin etmək;
  • Korporativ müştərilərin Korporativ Bankçılıq seqmenti üçün bu əməliyyatları strukturlaşdıran mütəxəssis komandasını idarə etmək;
  • Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı fəaliyyət qurmaq;
  • Bankın müştəriləri üçün sənədli əməliyyatları (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarə etmək;
  • Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi;
  • Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrərazılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm monitorinq aparmaq;
  • Ticarətin maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardım, müştərilərin tələbatını anlamaq və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatlar vermək;
  • Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularını araşdırmaq;
  • Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla və ixrac kredit agentliklərlə səmərəli ünsiyyət saxlamaq.

Tələblər:

  • Təhsil: Maliyyə/İqtisadiyyat/Beynəlxalq münasibətlər üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 5-7 il 
  • Lisenziya / Sertifikat: - Ticarət bankçılığı üzrə peşə ixtisasları arzuolunandır
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları
  • Bazar üzrə biliklər: - ticarət baxımından yerli və xarici bazarın bütün aspektləri haqqında geniş bilik nümayiş etdirmək bacarığı