Digər
İnsan Resursları üzrə Assistent
İşiniz nədən ibarətdir?
- İnsan resursları üzrə layihələrin həyata keçirilməsində inzibati və əməliyyat dəstək göstərmək;
- Layihə qrupuna layihənin bütün dövrü ərzində mütəmadi şəkildə dəstək göstərmək;
- Müxtəlif hesabatların hazırlanmasında dəstək göstərmək;
- İnsan resursları daxilində görüşlərin təşkil olunmasında dəstək göstərmək;
- Görüşlər zamanı qeydləri aparmaq;
- Tapşırıqlar üzrə araşdırma aparmaq və təkliflər bildirmək.
Sizdən nə tələb olunur?
- Təhsil: Bakalavr və ya magistr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: 1 il müvafiq sahə üzrə təcrübə
- Xarici dillər: İngilis və Azərbaycan dili səlis, Rus dili biliyi arzuolunandır.
- Kompüter bilikləri: MS Office proqramlarında işləmə bacarığı
- Başqa tələblər: Yüksək səviyyəli ünsiyyət bacarığı, problem həll etmə və analitik bacarıqlar