İşə Qəbul üzrə Baş Mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-04-12
İşiniz nədən ibarətdir?
- İşə qəbul və seçim prosesinin planlaşdırılması, koordinasiya edilməsi və kadr ehtiyatı bazası yaratmaqla şirkətin istedadların cəlb edilməsi prosesinin həyata keçirilməsi;
- Hər bir rol üzrə ən uyğun namizədlərin seçilməsi və işə qəbul prosesinin səmərəli, müəyyən edilmiş siyasət və standartlara uyğun aparılmasının təmin edilməsi;
- Həm sürəti, həm də keyfiyyəti təmin etmək üçün işə qəbul prosesinə nəzarət edilməsi;
- Müxtəlif sosial media platformalarından və digər üsullardan istifadə edərək potensial namizədlərin cəlb edilməsi;
- Müsahibə və tapşırıq mərhələri üzrə namizədlərin seçilməsi prosesinin təmin edilməsi;
- Karyera sərgilərində iştirak edilməsi, təhsil müəssisələri ilə əməkdaşlıqların qurulması, yay təcrübə proqramlarının təşkil edilməsi;
- HR verilənlər bazası, namizədlərin izlənməsi və idarəetmə sistemləri ilə işləmə ba
- İşə qəbul layihələrinin təklif edilməsi, həyata keçirilməsi və rəhbərlik edilməsi;
- Həftəlik, aylıq və rüblük hesabatların hazırlanması;
- İşə qəbul göstəricilərinin izlənməsi;
- Daxili əməkdaşlıqların qurulması.
Sizdən nə tələb olunur?
- Təhsil: Psixologiya, Maliyyə, Biznesin idarəedilməsi və ya müvafiq sahə üzrə Bakalavr dərəcəsi (arzuolunandır);
- İş təcrübəsi: 3 (üç) ildən çox;
- Xarici dillər: Azərbaycan, İngilis və Rus dili bilikləri;
- Kompüter bilikləri: Microsoft Office (MS Excel bilikləri yüksək səviyyədə);
- Sertifikat: SHRM / CIPD sertifikatları (arzuolunandır);
- Digər: Yüksək motivasiya, güclü ünsiyyət və analitik bacarıqlar, Layihələrin idarəedilməsi üzrə təcrübə (üstünlükdür).