Kart layihələri və Məhsulların Tətbiqi şöbəsində Kart Məhsullarına Dəstək qrupunun Mütəxəssisi
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-06
İşiniz nədən ibarətdir?
- Ekvayrinq və emissiya sistemləri ilə bağlı lazımi sazlanmaların aparılması;
- Ekvayrinq və emissiya sistemləri üzrə tələb olunan sınaqların aparılması;
- Bankın aidiyyəti struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi və mümkün həlli yollarının tapılması;
- Ölkə daxili və beynəlxalq ödəniş sistemlərinin tələbləri üzrə uyğunsuzluqların analiz edilməsi və həlli yollarının araşdırılması;
- Yeni bank məhsullarının yaradılmasında məhsul sahiblərinin fəaliyyətinə dəstək vermək və kart sistemləri üzrə ekspertizanın təmin edilməsi. Cari dəstəklənən məhsullar üzrə işin təşkili;
- Problemli kart əməliyyatlarının sistemlər və baza üzrə araşdırılması, çətinliklərin aradan qaldırılması və əməliyyatların standartlara əsasən emalı.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, mühəndislik və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
- Xarici dillər: İngilis dili (danışıq), Rus dili (danışıq);
- Kompüter bilikləri: Scripting bacarıqları;
- Başqa tələblər: Komandada çalışma, çoxlu tapşırıqlarla işləyə bilmək və analitik bacarıqlar.