Maliyyə xidmətləri

PASHA Bank

KİB Kredit Monitorinqi və Nəzarət şöbəsinə Baş Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-24

İşiniz nədən ibarətdir?

  • Təhkim olunduğu KİB müştərilərin keyfiyyətinə və kəmiyyətinə nail olmaq;
  • Kredit təyinatının KİB müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;
  • Monitorinqin satışa təsirini artırmaq (vaxtında müştəri haqqında tam məlumat vermək);
  • KİB riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq;
  • Müştərilərin kredit ödənişlərinə, gecikmələrinə və ödəmə planı haqqında məlumatları toplamaq;
  • Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;
  • Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsinə, azaldılması planlarının yerinə yetirilməsinə və müştəri davranışlarını izləmək;
  • Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;
  • Bankın risk siyasətinə uyğun olaraq kredit izləmə prosedurlarını hazırlamaq;
  • Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;     
  • Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət etmək;     
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər:

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: minimum 3 il; 
  • Lisenziya / Sertifikat: - in ACCA Papers, CFA, CRM arzuolunandır, Maliyyə modelləri üzrə sertifikatlar;
  • Xarici dillər: İngilis;
  • Kompüter bilikləri: MS Office, Excel, Word və s.;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Bazar üzrə biliklər: Tələb olunur;
  • Başqa tələblər: Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları, Yenilikçi düşüncə və özünü inkişaf etdirməyi təşviq etmək, Sənaye üzrə bizneslərin analizi, Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.