İnzibati, Biznes və İdarəetmə
PASHA Bank
Tarix: 2024-05-20
Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin Bridge Plaza şöbəsinin Asisstenti
Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin Bridge Plaza şöbəsinin Asisstenti
İşiniz nədən ibarətdir?
- Bankın Müştərilərinin sorğu və müraciətlərinin Bankın daxili prosedur və qaydaları ilə tanış olaraq onlara uyğun operativ şəkildə icra olunması;
- Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələlərinin məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası;
- İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə tanış olaraq üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və Bankın aidiyyatı struktur bölmələrinə yönəldilməsi;
- Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması;
- Bankın öz müştərilərinə göstərdiyi xidmətlər üzrə bütün sənədləşmə işlərinin və hesabatların gündəlik tərtib və təşkil edilməsi;
- Bankın daxili prosedurlarına əsasən, bütün aparılmış əməliyyatlar üzrə sənədləşmələrin aparılmasına (müştərilər haqqında məlumatlar daxil olmaqla) və arxivləşdirilməsinin təmin edilməsi;
- Filial daxilində ön-ofis işçilərini əvəz etmək qabiliyyətinə malik olması;
- Göstərdiyi xidmətin birbaşa aid olduğu Bankın struktur bölmələri üçün müəyyən olunan tapşırıq və layihələrin planlaşdırılması və icra olunması;
- Gündəlik əməliyyatların normal şəkildə həyata keçirilməsinin təmin olunması (xidmət cəhətindən); müştəri sorğularının cavablandırılmasının və peşəkar məsləhətlərin verilməsinin təmin edilməsi;
- Fəaliyyətin Bank Xidmət Standartlarına, Xidmət Keyfiyyətinə və Komplayns normalarına uyğunlaşdırılması;
- Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklərin yenilənməsi;
- Bankın hər hansı struktur bölməsinin fəaliyyətinə Bankın strateji məqsəd və mənafeləri nəzərə alınmaqla dəstək göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Xarici dillər: İngilis , rus
- Kompüter bilikləri: Microsoft Office
- Digər bacarıqlar: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Tarix: 2024-05-20
Baku Azerbaijan
Bakujobs.az
Müraciyət
et
Daha çox oxşar vakansiya:
Daha çox blog yazılarımız: