İnzibati, Biznes və İdarəetmə

PASHA Bank

Komplayns şöbəsinin Mütəxəssisi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-05-16

Təsvir:

  • Bankın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində);
  • Təchizatçıların yoxlanılması üçün tələb olunan sənədlərin yığılması və işlərin aparılması;
  • Komplayns məsələlərlə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
  • Biznes mərkəzlərindən və əlaqəli digər departamentlərdən / funksiyalardan daxil olmuş Komplayns tələbləri ilə bağlı sorğuların cavablandırılması;
  • Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;
  • Bankda mövcud proseslərin avtomatisaziyasında regulativ və bankdaxili tələblərin pozulmadığını müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflər verilməsi;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və Qaydaların idarə edilməsinə dəstək olunması;
  • Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanın təşkil edilməsi;
  • Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması və s.

Tələblər:

  • Təhsil: İqtisadiyyat, hüquq və ya digər uyğun sahədə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: minimum 3 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, korporativ hüquq və ya audit sahələrində (minimum birində) təcrübənin olması);
  • Lisenziya / Sertifikat: Komplayns, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
  • Xarici dillər: İngilis (səlis), rus (işlək);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Digər bacarıqlar: Bankın fəaliyyəti ilə əlaqəli ölkə daxili qanunvericilik üzrə geniş biliklər, Davranış məcəlləsi, Maraqların toqquşması mövzusu və digər daxili qaydalar üzrə biliklər.