Kredit Risklərin İdarəedilməsi şöbəsinin Ehtiyatlanma Qrupuna Baş Mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-05-25
İşiniz nədən ibarətdir?
- Bankın aktiv metodologiyalarının, proses və siyasətlərinin nəzərdən keçirilməsi və lazımi təkliflərin verilməsi;
- Kredit portfelinin ehtiyatlanmasının optimum vəziyyətə gətirilməsi, ehtiyac yarandığı təqdirdə əlavə və düzəlişlərin təklif edilməsi və dəstəklənməsi;
- Müştərilər üzrə ehtiyatlanmanın analiz olunması, digər struktur bölmələr ilə mütəmadi kommunikasiyaların aparılması, lazımi göstərişlərin verilməsi;
- Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılması;
- Bankın kredit risklərinin idarə edilməsi siyasətinə uyğun olaraq aktiv və planlaşdırılan layihələrin kredit riskləri tərəfindən qiymətləndirilməsi;
- Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər:
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- Tələb olunan iş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən az 4 il iş təcrübəsi
- Lisenziya / Sertifikat: FRM, CFA, ACCA arzu olunandır
- Xarici dillər: İngilis (səlis)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir.
- Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq
- Digər bacarıqlar: IFRS 9 yanaşmasının ehtiyatlanmaya təsiri barədə məlumatlı olmaq arzu olunandır