Kreditləşmə üzrə Kiçik Analitik (KİB)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-04-11
Təsvir:
- Müştərilər ilə kommunikasiyanın idarə olunması, eləcə də hədəf üzrə cari satış göstəricilərinə nəzarət olunması və əlaqədar zəruri qərarların qəbul edilməsi;
- Yeni müştərilərin cəlb olunması və mövcud böyük kommersiya müştərilərin saxlanılması;
- Korporativ müştəri seqmentləri üzrə Mənfəət və Zərərə görə cavabdehlik;
- Kredit sifarişi təmin etmək məqsədilə həyata keçirilən müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və əsas tərəfdaşlarla məhsulların/ həllərin inkişafını sürətləndirməklə müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi;
- Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət edilməsi və müştərilərə verilən limitlərin vaxtında yenilənməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər:
- Təhsil: Maliyyə və ya Iqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş t?crübəsi: 0-1 il
- Lisenziya / Sertifikat: ACCA, CFA
- Xarici dillər: Ingilis dili
- Kompüter bilikləri: Microsoft Office
- Texniki biliklər: IFRS
- Bazar üzrə biliklər: Bank məhsulları