Məhsul sahibi (Mobile Biznes həll (app))
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-01
Təsvir:
- Xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nu yaratmaq və prioritetləşdirmək;
- Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olmaq;
- Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırmaq;
- Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;
- Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
- Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
- Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatları bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;
- Təşkilat daxilində həll yollarını asanlaşdırmaq;
- Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq etmək;
- Bazar araşdırması etmək və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirmək;
- Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq etmək: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s;
- Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya apara;
- Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması.
Tələblər:
- 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (Mobile app, biznes və ya İT);
- Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı;
- Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa malik olmaq;
- Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.);
- Komandada işləmə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Konfliktlərin idarəedilməsi;
- Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
- Məlumat bazalarında işləmək bacarığı;
- Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqlar;
- Azərbaycan dili – səlis;
- İngilis dili – orta (min. Intermediate).